Dövlət sərhədini pozmağa cəhd edən silahlı zərərsizləşdirildi

Dövlət sərhədini pozmağa cəhd edən silahlı zərərsizləşdirildi

Mayın 1-də saat 21:30 radələrində Qusar rayonunun Yuxarı Zeyxur kəndi ərazisində meşə massivində 1 nəfər silahlı şəxsin Azərbaycanın mühafizə olunan dövlət sərhədini pozmağa cəhd göstərməsi müəyyən edilib.

Qusar rayon prokurorluğundan Aktual.az-a  verilən məlumata görə, saxlanılması ilə bağlı qanuni tələblərə tabe olmayan sərhəd pozucusu - 1991-ci il təvəllüdlü Elvin Məmmədyarov hüquq mühafizə orqanları əməkdaşlarına atəş açaraq silahlı müqavimət göstərib, cavab tədbiri olaraq xidməti silahdan istifadə olunmaqla zərərsizləşdirilib.
Faktla bağlı Qusar rayon prokurorluğunda müvafiq araşdırmalar aparılır.
 
 Aktual.az
Xəbər 304 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR