DİN-in işçisi hərbi hissədə öldü

DİN-in işçisi hərbi hissədə öldü

Daxili İşlər Nazirliyinin işçisi sərhəd qoşunlarının hərbi hissəsində aldığı xəsarətdən vəfat edib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə onun həyat yoldaşı 1974-cü il təvəllüdlü Vəfa Əliyeva hüquq-mühafizə orqanlarına məlumat verib. O bildirib ki, əri 1972-ci il təvəllüdlü Rauf Əliyev Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Siqnal idarəsində fəhlə işləyirmiş.

R.Əliyev Novxanı qəsəbəsində yerləşən sərhəd qoşunlarının hərbi hissəsində işləyərkən yıxılıb. Qapalı kəllə-beyin travması və baş beyin sirkələnməsi ilə xəstəxanaya yerləşdirilib. DİN-in fəhləsi yerləşdirildiyi xəstəxanada vəfat edib.

***

Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, onlara tabe olan hərbi hissədə belə bir hadisə baş verməyib.

Binəqədi RPİ 6-cı Polis Bölməsindən “Qafqazinfo”ya bildirilib ki, işlə bağlı hazırda rayon prokurorluğunda araşdırma aparılır: “Həmin məsələ ilə bağlı bir gün ərzində vəfat edən şəxsin yaxınların izahat alındı, sonra isə iş rayon prokurorluğuna göndərilib. İfadələrində həyat yoldaşı bildirdi ki, sərhəd qoşunlarının hərbi hissəsində iş zamanı yıxılıb. Amma həmin şəxsin iş yoldaşları isə hərbi hissədən çıxdıqdan sonra Biləcəri stansiyasının yaxınlığında yıxıldığını dedilər. Həmin şəxslər Daxili İşlər Nazirliyinin işçiləri olub. Hərbi hissənin həyətində aparılan tikinti işləri zamanı orada işləyirmişlər”.

Xəbər 1012 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR