De Niro həqiqəti yazacaq jurnalistlərə 100 min vəd etdi

De Niro həqiqəti yazacaq jurnalistlərə 100 min vəd etdi
  • DÜNYA

Amerikalı məşhur aktyor Robert De Niro mübahisəli uşaq peyvəndi mövzusunda xəbər yazacaq jurnalistlərə 100 min dollar mükafat vəd edib.

Aktual.az  Qafqazinfo-ya istinadla xəbər verir ki, De Niro Vaşinqtonda qatıldığı tədbirdə ABŞ-dakı uşaq peyvəndlərinin etibarlılığını şübhə altına alıb.

Aktyor körpə yaşlarında uşaqlara vurulan peyvəndlərin tərkibində olan "timerosal”ın otizmə səbəb olub-olmadığının araşdırılmasının lazım olduğunu vurğulayıb. De Niro bu məsələdə həqiqəti yazacaq jurnalistlərə 100 min dollar mükafat vəd edib.

Qeyd edək ki, De Niro oğlu Elliotın "timerosal” tərkibli peyvənd səbəbindən otizmə tutduğunu iddia edir.
 
Aktual.az 
Xəbər 520 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR