Dağıstanda cinayətkar dəstənin başçısı öldürüldü

Dağıstanda cinayətkar dəstənin başçısı öldürüldü

Rusiya Federasiyasının Dağıstan Muxtar Respublikasında cinayətkar dəstənin başçısı öldürülüb.

Publika.az xəbər verir ki, bu haqda TASS agentliyi Milli terrorçuluğa qarşı komitənin (NAK) informasiya mərkəzinə istinadən bildirib.
"Kumtorkalinsk rayonunun Tyube kəndi yaxınlığında federal avtomobil yolunda zərərsizləşdirilmiş cinayətkarlar arasında dəstənin başçısı İlyas Xəlilov var”, - idarədən bildirilib.
Məlumata görə, döyüşçünün hesabında terror xarakterli bir çox cinayət, həmçinin Talqi kəndinin iki sakininin qətli, Karamaxi kəndində hüquq-mühafizə orqanlarının əməkdaşlarına sui-qəsd və biznesmenlərdən terror fəaliyyətinin maliyyələşdirilməsi üçün böyük miqdarda pulun götürməsi kimi cinayətlər var.
 
Aktual.az
Xəbər 301 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR