CHP-nin prezidentliyə namizədi dəqiqləşdi

CHP-nin prezidentliyə namizədi dəqiqləşdi

Türkiyədə keçiriləcək prezident seçkilərində Cümhuriyyət Xalq Partiyasının (CHP) prezidentliyə namizədi dəqiqləşib.

APA-nın "Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bu gün ana müxalifət partiyasının parlamentdə 116 millət vəkilinin iştirak etdiyi qapalı qrup toplantısında millət vəkili Muharrem İncenin CHP-nin prezidentliyə namizəd olması barədə qərar qəbul edilib.
Artıq paytaxt Ankaranın küçələrində Muharrem İncenin portretləri asılır.
Bu gün saat 11.00-da CHP lideri Kamal Kılıçdaroğlu Ankarada keçiriləcək rəsmi tədbirdə partiyanın prezidentliyə namizədinin adını rəsmən açıqlayacaq.
 
Aktual.az
Xəbər 401 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR