Ceyhan limanından dünya bazarına çıxarılan neftin həcmi bəlli oldu

Ceyhan limanından dünya bazarına çıxarılan neftin həcmi bəlli oldu

Bu ilin may ayı ərzində 2 mln. 236 min 93 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarına çıxarılıb.

Aktual.az  SOCAR-a istinadən xəbər verir ki, bu həcmin 1 mln. 322 min 980 tonunu Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib.

Cari ilin yanvar-may aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 10 mln. 275 min 528 ton təşkil edib.

BTC istismara verilən gündən 2017-ci il iyun ayının 1-dək Ceyhan limanından 330 110 127 ton Azərbaycan nefti dünya bazarına yola salınıb.

Aktual.az
Xəbər 349 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR