Büdcə zərfi parlamentin plenar iclasına tövsiyə olunub Böyüt

Büdcə zərfi parlamentin plenar iclasına tövsiyə olunub  Böyüt

Azərbaycanın 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələri parlamentin bütün komitələri tərəfindən qəbul olunaraq Milli Məclisin plenar iclasına tövsiyə olunub.
 
APA-nın məlumatına görə, bu gün son 5 komitənin - Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Gənclər və idman, Regional məsələlər və Mədəniyyət komitələrinin birgə iclasında layihələr müzakirə edilərək səsə qoyulub və qəbul edilib.
 
Qeyd edək ki, noyabrın 7 və 8-də parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi, İctimai birliklər və dini qurumlar komitəsi, Aqrar siyasət komitəsi, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi, Əmək və sosial siyasət komitəsi, Səhiyyə komitəsi, Ailə, qadın və uşaq məsələləri komitəsi, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi, Elm və təhsil komitəsi və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin birgə iclasında layihələr qəbul edilərək, plenar iclasa tövsiyə olunub.
 
Noyabrın 21, 22 və 23-də Milli Məclisin plenar iclasında  büdcə zərfi müzakirəyə çıxarılacaq.
 
Aktual.az
Xəbər 30 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR