Bu sürücülər 50 manatadək cərimələnəcək - Yeni qanun layihəsi

Bu sürücülər 50 manatadək cərimələnəcək - Yeni qanun layihəsi

Azərbaycanda taksi fəaliyyəti ilə məşğul olan sürücülər nasaz taksometrlərə (yol haqqını hesablayan taksi sayğacı) görə cərimə olunacaqlar.

Aktual.az xəbər verir ki, bu barədə Trend-ə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüsal Hüseynov bildirib.
Millət vəkilinin sözlərinə görə, bununla bağlı yeni qanun layihəsi Milli Məclisdə müzakirə olunacaq.
V.Hüseynov bildirib ki, yeni qanun layihəsinə əsasən, nasaz və ya plombası pozulmuş taksometrlə sərnişin daşıyan taksiləri 40 manatdan 50 manatadək məbləğdə cərimə gözləyir.
 
Aktual.az
Xəbər 322 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR