Bu küçədə hərəkət məhdudlaşır

Bu küçədə hərəkət məhdudlaşır

Bu gün səhər saat 10:00-dan etibarən Nərimanov rayonu İsmayıl Hidayətzadə küçəsində üfüqi nişanlanma xətlərinin rənglənmə işləri aparılacaq.

"Azəravtoyol” ASC-dən Aktual.az-a  verilən məlumata görə, adı çəkilən küçədə işlərin aparılması ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən mədudlaşdırılaraq.
Rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq.
"Azəravtoyol” ASC sürücülərdən iş gedən ərazidə diqqətli olmalarını və sürət həddinə riayət etmələrini xahiş edir.
 
Aktual.az
Xəbər 245 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR