Bu il Azərbaycandan Gürcüstana 2,7 mln. dollar pul köçürülüb

Bu il Azərbaycandan Gürcüstana 2,7 mln. dollar pul köçürülüb

Cari ilin yanvar-fevral aylarında Azərbaycandan Gürcüstana 2 mln. 716 min dollar köçürülüb.
 
APA-nın Gürcüstan bürosu ölkənin Milli Bankına istinadən xəbər verir ki, bu məbləğin 1 mln. 322 min dolları ötən ayın payına düşüb.
Yanvar-fevral aylarında Gürcüstandan Azərbaycana 1 mln. 612 min dollar köçürülüb.
Fevral ayında Gürcüstana xarici ölkələrdən, ümumilikdə 113,9 mln. dollar daxil olub. Bu məbləğ ötən ilin eyni göstəricisindən 21% çoxdur. Gürcüstana ötən ay ən çox pul köçürülən ölkələrin üçlüyünə Rusiya (33,4 mln. dollar), İtaliya (14 mln. dollar) və Yunanıstan (13, 3 mln. dollar) daxildir.

Aktual.az
Xəbər 351 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR