Bu iki ölkə 37 ildən sonra diplomatik münasibətləri bərpa etdi

Bu iki ölkə 37 ildən sonra diplomatik münasibətləri bərpa etdi

Kuba və Mərakeş 37  il əvvəl dondurulmuş  diplomatik münasibətləri bərpa ediblər.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, diplomatik münasibətlərin bərpasına dair sazişin imzalanma mərasimi Nyu-Yorkda baş tutub.
 
Sənədə iki ölkənin BMT-dəki nümayəndələri Anayansi Rodriqes Kamexo və Ömər Hilal imza atıb.
 
Ölkələr arasında diplomatik böhran 1980-cu ildə, rəsmi Havana Saxara Ərəb Demokratik Respublikasının müstəqilliyini tanıyandan sonra baş vermişdi. Mərakeş Qərbi Saxaranı özünün ayrılmaz hissəsi hesab edərək ona krallıq tərkibində geniş muxtariyyət statusun verilməsini mümkün sayır.
 
Aktual.az
Xəbər 278 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR