BP Xəzərdə yeni texnologiyalar tətbiq edəcək

BP Xəzərdə yeni texnologiyalar tətbiq edəcək

"BP-Azerbaijan" şirkəti Xəzərin Azərbaycan sektorundakı Abşeron akvatoriyasının dayazsulu hissəsində potensial perspektiv strukturlarının seysmik tədqiqatlarının aparılması prosesində iki xüsusi texnologiyanı tətbiq edəcək.

Aktual.az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə şirkətin geoloji kəşfiyyat və hasilat üzrə vitse-prezidenti Qreq Rayli deyib.

Onun sözlərinə görə, şirkət məlumatların toplanması üzrə işləri sürətləndirmək və sadələşdirmək üçün dayazsulu hissədə 3D seysmik tədqiqatlar zamanı iki yeni xüsusi texnologiyadan istifadə edəcək: "Birinci texnologiya "nod"lardır ki, onlar dənizin dibində yerləşdirilərək dalğa səslərini yazacaqlar. İkincisi isə eyni vaxtda bütün mənbələrdən məlumatı götürməyə imkan verən aparatlardır".

Q.Rayli əlavə edib ki, məlumatların toplanması üzrə işlər ilin sonunadək yekunlaşacaq.

Xəbər 438 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR