BMT Rusiya qoşunlarının Dnestryanıdan çıxarılmasına səs verdi

BMT Rusiya qoşunlarının Dnestryanıdan çıxarılmasına səs verdi

BMT Baş Assambleyası Rusiyanı qoşunlarını Dnestryanıdan çıxartmağa çağırıb.

Aktual.az APA-ya istinadən xəbər verir ki, qətnamə layihəsinin lehinə 64, əleyhinə 15 ölkə səs verib, 83 ölkə bitərəf qalıb.
Qətnamənin Moldova tərəfindən Gürcüstan, Kanada, Latviya, Litva, Rumıniya, Ukrayna və Estoniya ilə birgə irəli sürüldüyü bildirilir.

Qətnamə sülhməramlı qüvvələrin tərkibində olan Rusiya qoşunlarının Dnestryanıdan dərhal və tam şəkildə çıxarılmasına çağırır.
Həmçinin BMT Baş Assambleyasının 73-cü sessiyasının gündəliyinə xarici hərbi qüvvələrin Moldova ərazisindən tam çıxarılması məsələsinin daxil edilməsi qərara alınıb.  
 
Aktual.az
Xəbər 391 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR