Bitkoin daha 50% ucuzlaşa bilər

Bitkoin daha 50% ucuzlaşa bilər

Dünya birjalarında "bitcoin”in qiyməti cari səviyyədən daha 50%-ə yaxın ucuzlaşa bilər.
 
"Report” "Vestifinance.ru” saytına istinadən xəbər verir ki, bu proqınoz ABŞ-ın "JPMorgan” bankı tərəfindən hazırlanan hesabatda verilib.
Bankın apardığı texniki təhlillər göstərir ki, bitkoinin qiyməti 4 605 dollara qədər geriləyə bilər. Xatırladaq ki, hazırda bitkoin 8 500 dollara satılır.
Qeyd edək ki, "JPMorgan”ın rəhbəri Ceymi Daymon (Jamie Dimon) ötən ilin sentyabr ayında bitkoini saxtakarlıq kimi qiymətləndirib. Lakin budəfəki hesabatda bildirilib ki, "kriptovalyutalar çətin ki, bir anda yox olsun, onlar bu və ya digər formada həyatda qala bilər. Onları həyatda saxlayan investorların mərkəzləşməyə getməməsi, təkcinahlı şəbəkələrə və anonimliyə can atmaları amilləri olacaq”.
"JPMorgan”a görə, kriptovalyutalar investisiya portfellərinin diversifikasiyasında istifadə oluna bilər və bu bazarın fond bazarından fərqli inkişaf imkanları var. Qeyd edək ki, "JPMorgan” hazırda blokçeyn texnologiyasını öz sisteminə inteqrasiyası üzərində çalışır. Ötən ilin noyabrında isə "JPMorgan”la yanaşı "Goldman Sachs”, "BNP Paribas”, "Credit Suisse” və "Citigroup” kimi nəhəng banklar blokçeyn texnologiyası ilə pilot layihələrə start verib

Aktual.az
Xəbər 151 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR