Bir zamanlar podiumda meydan sulayırdı, indi qoyun otarır

Bir zamanlar podiumda meydan sulayırdı, indi qoyun otarır

90-cı illərin ən məşhur modellərindən olan Bilun Dohmen indiki halı ilə hamını şoka salıb.
 
Lent.az-ın "kacgun2017” saytına istinadən məlumatına görə, təxminən 20 il boyunca Amerika, İtaliya, Almaniya, Fransa, İngiltərə kimi ölkələrdə keçirilən moda nümayişlərində iştirak edən Bilun Dohmen öz sənətindən ayrılaraq Bodrumda bir kəndə köçüb. Kənddə özünə kiçik bir ferma quran model kəklik, qoyun, keçi, pişik, it, bildirçin, toyuq-cücə saxlayır.
Tamamilə kənd həyatı yaşayan Bilunun keçmişindən əsər-əlamət qalmayıb. Yay-qış burda qalan model orqanik heyvandarlıq məhsulları yetişdirir.
İstanbuldakı bütün var-dövlətini satan Bilun Dohmen sonuncu dəfə İstanbulda Cemil İpekçinin dəfiləsində ağ gəlinliklə çıxış etmişdi.
 
Modellik etdiyi zamanlarda da tək arzusunun bir küncə çəkilib səssiz, hüzurlu həyat yaşamaq olduğunu deyən Bilun Dohmen bütün həyatı boyunca da bu xəyalını gerçəkləşdirmək üçün çalışıb: " Kənd həyatını çox sevirəm. Burda çox sağlam qidalanıram . Öz pomidorumu, bibərimi əkib yeyirəm. Süd sağıram, qatıq çalıram. Hər şey çox gözəldir”.
 
Lüks həyatdan yorulduğunu vurğulayan model  bildirib ki, artıq sadə həyat yaşamaq istəyir: "Artıq heç bir şey istəmirəm, Qızıllar, saatlar, heç bir şey istəmirəm. Sadə bir həyat yaşamaq istəyirəm. Təbii ki, modellik etdiyim vaxtlarla indiki həyatımı müqayisə etsək, aralarında çox böyük uçurum olduğunu anlamaq olur, amma bir çox model dostlarım belə mənim bu həyatıma həsəd aparır”.






Xəbər 617 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR