Bir namizədin portreti və ya Qüdrət Həsənquliyev fenomeni

Bir namizədin portreti və ya Qüdrət Həsənquliyev fenomeni

Azərbaycanın bu ilki Prezident seçkilərində bütün namizədlərə bərabər imkanların yaratdığı şəraitdən istifadə edərək bir namizədin portret cizgilərini yaratmağa çalışdım.  

Fenomen – (yunan sözü olub - «zühr edən», «üzə çıxan») — hissiyyatla qəbul edilən halı izah edən deməkdirAntik fəlsəfədə bu termin bir sıra tədqiqatçıların fikirlərində rast gəlinir və təcrübədən gələn bilik kimi izah edilir. Fenomen şəxsiyyətdə ola bilir.

Fenomen şəxsiyyət,   dövlət - vətəndaş münasibətlərinin hüquq müstəvisində tənzimləməyi bacaran, insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorumağa çalışan, humanizm ideyalarının möhkəm təmələ çevrib  ədalətli cəmiyyətin formalaşdırılmasına çalışan, idarəçilikdə demokratik ənənələrin bərqərar olması naminə xidmətlər göstərən insanlara deyilir.

Mübaliğəsiz deyə bilərəm ki bu termin Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili, Prezidentliyə namizəd Qüdrət Həsənquliyevin şəxsiyyətinə tam uyğun gəlir.  

Qüdrət Həsənquliyev  bir qayda olaraq, iqtisadi və siyasi həyatda  sağlam rəqabət mühitini formalaşdırılması, ölkənin idarəçilik sistemlərinin təkmilləşdirilməsi və islahatların aparılması, çoxpartiyalı parlamentin yaradılması kimi fikir və mülahizələr irəli sürür, Azərbaycanda Dövlətçiliyin qorunması, ölkənin ərazi bütövlüyünün bərpası istiqamətində aparılan ideoloji mübarizədə fəal iştirak edir. 

O, Azərbaycanın hərbi büdcəsinin daim artırılmağa ehtiyac olduğunu, hərbi sənayesinin daha da inkişaf etdirilməsi, xarici ölkələrdən yüksək texnologiyalı silah və sursatların alınması və çoxminli peşəkar ordunun yaradılması təkliflərini  dəfələrlə gündəmə gətirməklə, ölkənin təhlükəsizliyinin hər şeydən üstün olduğunu daim diqqətdə saxlamağa çalışır

Q.Həsənquliyev siyasətçidirOnun cəmiyyətdəki müxtəlif sosial qüvvələrin siyasi hakimiyyətə münasibəti qarşılıqlı hörmət əsasında idarə etmək istəyi ondigər siyasətçilərdən fərqləndirən özünəməxsus xüsusiyyətlərindəndir. 

 Siyasət - dövlət hakimiyyətinin əldə edilməsi, qorunub saxlanılması və istifadə olunması ilə bağlı fəaliyyət sahəsidir. Siyasət cəmiyyətin inkişafının müəyyən mərhələsində yaranır və o xüsusi mülkiyyətə əsaslanan  istehsal  formalarının, sosial strukturun, maddi mədəniyyətin formalaşdığı dövrdə təşəkkül tapır.  Müxtəlif sosial qruplar öz mənafelərini qoruyub saxlamaq üçün xüsusi idarəetmə aparatını (partiyasını) yaradırlar. 

Belə bir zərurətdən yaranan Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası Qüdrət Həsənquliyevin sədrliyi ilə, çox çətin lakin fərqli siyasi bir yol keçmişdir. Partiya daxilində yaradılan qarşılıqlı hörmət, partiya üzvlərinə özünəməxsus fərdi yanaşma xüsusiyyətləri Qüdrət Həsənquliyevin partiya üzvləri tərəfindən sevilməsinə və onun ətrafında sıx birləşmələrinə səbəb olaraq, onu partiyanın liderinə çevirmişdir.

Liderlik bir qrup insanı müəyyən məqsədlər ətrafında toplaya bilmək və bu məqsədləri reallaşdırmaq üçün onları hərəkətetdirmə, ruhlandırma, uğurlu gələcək üçün birləşdirə bilmə kimi qabiliyyətlərin məcmusudur. Liderlik olduqca çətin və mürəkkəb vərdişdir

Qüdrət Həsənquliyev lider kimi həmişə ətrafdakıların diqqətini cəlb edə bilirsəbrlidir, əzmlidir, çətinlikdən qorxmur, maneələri aradan qaldırmağı bacarır. O, komanda yoldaşlarının fikrlərinədiqqətlə qulaq asır, geniş müzakirələr aparır,  qərar verərkən ətrafındakıların mülahizələrini nəzərə alır.  

Hər bir siyasi liderin istəyi, dövlət hakimiyyətinin əldə etməkdir. Dövlət hakimiyyətinin əldə edilməsi isə siyasi mübarizədən keçir. Siyasi mübarizə isə azad rəqabət və demokratik seçkilərlə tənzimlənir.

Seçkilərdə iştirak hər bir siyasətçinin qalib gəlib,gəlməməsindən asılı olmayaraq reytinqinin yüksəlməsinə, seçki marafonunda təcrübəsinin daha da zənginləşməsinə səbəb olur. Seçki xalqın böyük həssaslıqla izlədiyi siyasi prosesdir. Bu baxımdan seçkidə iştirak edən şəxs əxlaqi dəyərləri, bütün digər dəyərlərdən üstün tutmalıdır.

Seçkidə qalib tərəf olur, lakin məğlub tərəf olmur. Seçki prosesi zamanı yüksək nəticə əldə edə bilməyən lider, seçkinin nəticələrinə görə fəaliyyətindəki çatışmamazlıqları görür, müqayisə edir və qiymətləndirir. Belə qiymətləndirmələr növbəti seçkilərə daha üstün vəziyyətdə qatılmağa, daha yüksək nəticə əldə etməyə şərait yaradır. Bu baxımdan seçkidə nəticə baxımından uduzmuş lider də, seçkini məğlub tərk etmir.

Qüdrət Həsənquliyevin hər dəfə olduğu kimi, bu ilki Prezident seçkilərinə qatılması yenə də tərəfdarları tərəfindən yüksək qiymətləndirilir və BAXCP bu ilki Prezident seçkilərinə əvvəlkilərdən daha yüksək coşqu ilə təbliğat və təşviqat işlərini qururlar.

Dünyada mövcud olan siyasi institutlar və sistemlər iqtisadi sahədə olduğu kimi, siyasi həyatda da sağlam rəqabət mühitini formalaşdırmağa çalışırçünki sağlam rəqabət, ölkələrin idarəçilik sistemlərinin də təkmilləşdirilməsinə təkan verir. 

Lakin bəzi xarici siyasi qüvvələr hər dəfə Azərbaycanda seçki öncəsi, ölkədə sabitliyi pozmağa, əhali arasında xaos yaratmağa, qarışıqlıq salmağa çalışırlar. Nəticə əldə edə  bilməyəndə, müxtəlif sosial şəbəkələrdə ölkənin siyasi və ictimai liderlərinə qarşı söyüş və təhqirlər yağdırmağa başlayırlar. Necə deyərlər "ağıl işləməyəndə dəyənək işə düşür”. 

Bu il də düşmən qüvvələrin vəsaiti ilə maliyyələşən bir neçə soydaşımız seçki ərəfəsində öz ənənəvi söyüş kampaniyalarından vaz keçə bilmədilər. Bir neçə cümlə ilə öz fikirlərini ifadə edə bilməyənlərin, söyüş və təhqirlərlə nüfuzlu şəxsləri gözdən salmaq istəyən adamların fəaliyyətləri xalq arasında da nifrətlə qarşılanır. Beləki söyüş və təhqirləri, söz və ifadə azadlığı kimi düşünənlərin bu hərəkətləri siyasi fahişəlikdən başqa bir şey deyildir. Belə zərərli vərdişlərin qarşısı cəmiyyət tərəfindən alınmalıdır. 

Prezidentliyə namizəd Q.Həsənquliyev də öz tərəftarlarına söyüş və təhqirlərlə gündəmdə qalmaq istəyənlərin araşdırılıbifşa edilməsi barədə göstəriş verdi. Belə çirkin əxlaqi dəyərlərdən uzaq hərəkətlər bütövlükdə Azərbaycan xalqının ünvanına qara ləkədir. Bunu bütün liderlər və ictimayət nümayəndələri qınamalıdırlar. Necəki Q. Həsənquliyev etdi.

Beləliklə, Azərbaycanın bu ilki Prezident seçkilərində bütün namizədlərə bərabər imkanların  yaratdığı şəraitdən istifadə edərək bir namizədin portret cizgilərini tamamladım.  

 

 Faiq İsmayılov.

AMEA Hüquq və İnsan Haqları İnstitunun əməkdaşı.

 

Xəbər 1175 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR