Binəqədidə ailə faciəsi: Oğul anasının özünü asdığı yerdə intihar etdi

Binəqədidə ailə faciəsi: Oğul anasının özünü asdığı yerdə intihar etdi

Bakıda intihar hadisəsi baş verib.

Aktual.az lent.az-a istinadən xəbər verir ki, Binəqədi rayon 1-ci mədən qəsəbəsində yaşayan 1973-cü il təvəllüdlü Makayev Mixail Aleksandroviç özünü yaşadığı evin həyətindəki ağacdan asıb.

Ailə üzvləri hadisədən sonra onun məktubunu tapıb. 43 yaşlı M.Makayev yazıb ki, onun intiharına heç kim səbəb olmayıb: "Heç kimi günahlandırmayın. Bu, mənim qərarımdır”.

Araşdırmalar zamanı məlum olub ki, M.Makayevin anası da bir müddət əvvəl məhz həmin ağacdan özünü asaraq intihar edib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Aktual.az 
Xəbər 606 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR