Bəzi universitetlər Mingəçevirə köçürülə bilər

Bəzi universitetlər Mingəçevirə köçürülə bilər

Azərbaycanda bir neçə universitetin paytaxtdan Mingeçivirə köçürülməsi təklif olunur.

Bu təkliflə həmin şəhərdən seçilən deputat Aydın Mirzəzadə Milli Məclisdə çıxış edib.

Deputat Mingəçevirdə hərbi lisey açılmasının da məqsədəuyğun olduğunu vurğulayıb.

Daha sonra A.Mirzəzadə təhsil krediti məsələsinə toxunub. O, bildirib ki, hazırda on minlərlə gəncin təhsil kreditinə ehtiyacı var və bu istiqamətdə hökumətin müəyyən tədbirlər atması vacibdir.

Daha sonra çıxış edən deputat Qənirə Paşayeva da çıxışında sərhəd kəndlərində sahibkarlara vergi güzəştlərinin təbiq edilməsi təkllifi ilə çıxış edib. Həmçinin millət vəkili seçildiyi Tovuz rayonunda olan bir sıra sosial problemlərdən danışıb.

Xəbər 1013 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR