Bazarda partlayış: 18 ölü, 51 yaralı - YENİLƏNİB

Bazarda partlayış: 18 ölü, 51 yaralı - YENİLƏNİB
  • DÜNYA

Səhər saatlarında Pakistanın şimal-qərbində Kurram vilayətində tərəvəz bazarında partlayış baş verib.

Aktual.az bildirir ki, Trend-in Pakistan KİV-ə istinadən verdiyi məlumata görə, insident Paraçinar şəhərində baş verib. Polisin verdiyi məlumata görə, partlayış əldədüzəltmə partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verib.

Hələ ki partlayışın məsuliyyətini Pakistanda mövcud olan ekstremist qruplardan heç biri öz üzərinə almayıb.

APA-nın "Associated Press"-ə istinadən verdiyi məlumata görə, terror aktı nəticəsində həlak olanların sayı 18, yaralananların sayı 51 nəfərə yüksəlib.

***

Milli.Az "sputniknews"a istinadla bildirir ki, partlayış Pakistanın şimal-qərbində, Əfqanıstan sərhədi yaxınlığında yerləşən Kurram əyalətinin mərkəzi Paraçınarda baş verib.
 
Partlayış nəticəsində yaralananların sayı 47-yə çatıb.

***

Pakistanda güclü partlayış olub. 

Milli.Az "sputniknews"a istinadla bildirir ki, partlayış bazarda baş verib.

İlkin məlumata görə, 12 nəfər ölüb, 35 nəfər yaralanıb.
 
Aktual.az
Xəbər 683 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR