Bayıldakı yeni sürüşmə sahəsindəki çatlara mayaklar qoyulacaq

Bayıldakı yeni sürüşmə sahəsindəki çatlara mayaklar qoyulacaq

"Bu gün Bayılda yeni sürüşmə sahəsindəki çatlara mayaklar qoyulacaq".

Bunu "Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. 
O bildirib ki, mayaklar qoyulandan sonra ərazidəki dəyişiklikləri müşahidə etmək mümkün olacaq: "Çatlarda olan dəyişiklikləri gözlə görmək mümkün deyil, mütləq mayaklar qoyulmalıdır".
Ə.Qaralov qeyd edib ki, qışda, yanvar ayında baş verən sürüşmə ərazisində aparılan işlərin hesabatı hazırlanır: "Hesabatın hazırlanması işini sürətləndirmişik. Çalışırıq vaxtından əvvəl hesabatı hazırlayıb təqdim edək". 
 
Aktual.az
Xəbər 371 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR