Bakıda zəncirvari qəza böyük tıxac yaratdı

Bakıda zəncirvari qəza böyük tıxac yaratdı

Bu gün səhər saatlarında Z.Bünyadov prospekti, Ayna Sultanova abidəsi yaxınlığında zəncirvari qəza baş verib.

Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə zamanı 3 avtomobil - "VAZ 2107", "VAZ 21031" və "Subaru" markalı avtomobillər toqquşub. Hər üç avtomobilə ciddi ziyan dəyib.

Qəza nəticəsində hazırda Z.Bünyadov prospektində böyük tıxac yaranıb. İlkin məlumatlara görə, ciddi xəsarət alan yoxdur.

Yol polisi əməkdaşları hazırda hadisə yerində araşdırma aparırlar.

Qəzaya səbəb, ilkin ehtimallara görə, avtomobillər arasında ara məsafənin saxlanmaması qeyd olunur.

Xəbər 356 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR