Bakıda yeddi, Qazaxda beş otaqlı ev yanıb

Bakıda yeddi, Qazaxda beş otaqlı ev yanıb

Paytaxt Bakıda və Qazax rayonunda yanğın hadisələri baş verib.

Aktual.az FHN-in saytına istinadən bildirir ki, Bakı şəhəri, Xətai rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli, 7 otaqlı evin 4 otağının yanar konstruksiyaları və ev əşyaları 40 m² sahədə yanıb.
Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Qazax rayonu, Çaylı kəndində isə ümumi sahəsi 120 m² olan birmərtəbəli, 5 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 24 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Xəbər 423 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR