Bakıda sürücülər arasında DAVA: Xəsarət alan var

Bakıda sürücülər arasında DAVA: Xəsarət alan var

Bakının Xətai rayonu ərazisində iki avtomobil toqquşub.

Aktual.az Apa-ya istinadən xəbər verir ki, avtoqəza metronun "Xətai" stansiyasının yaxınlığında, Süleyman Vəzirov küçəsində baş verib.

Məlumata görə, "Ford" markalı kiçik tutumlu yük maşını ilə "Mercedes" markalı minik maşınının toqquşması sonradan sürücülərin mübahisəsi ilə müşahidə edilib.

Nəticədə "Mercedes" markalı avtomobilin sürücüsü digər sürücüyə yumruqla xəsarətlər yetirib. Onun iddiasına görə, həmin sürücünün idarə etdiyi yük maşını qəfildən onun yoluna çıxıb və qəzaya səbəb olub.

Əraziyə sonrada Xətai RPİ-nin əməkdaşları və təcili tibbi yardım xidməti cəlb edilib. Yumruq zərbələri alan "Ford"un sürücüsünə hadisə yerində ilkin tibbi yardım göstərilib. Bundan sonra hər iki sürücü ifadələrinin alınması üçün polis orqanına aparılıb.

Aktual.az
Xəbər 557 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR