Bakıda Ramazan bayramına həsr olunmuş konsert təşkil olunacaq

Bakıda Ramazan bayramına həsr olunmuş konsert təşkil olunacaq

Azərbaycan Televiziyası, Mədəniyyət kanalı və Azərbaycan radiosunun təşkilatçılığı ilə Ramazan bayramına həsr olunmuş konsert proqramı keçiriləcək.

Aktual.az  "APA”ya istinadən xəbər verir ki, iyunun 25-də Mərdəkan Mədəniyyət Sarayında keçiriləcək konsert saat 18:00-də başlanacaq.

Konsertdə xalq artisti Aftandil İsrafilov, əməkdar artistlər Gülüstan Əliyeva, Almaz Orucova, Təyyar Bayramov, İlkin Əhmədov, ifaçılar Aytən Məhərrəmova, Vəfa Vəzirova, Hüseyn Məlikov, Aşıq Samirə, Azərbaycan Televiziyasının solistləri Mirələm Mirələmov, Kamilə Nəbiyeva, Məmməd Nəcəfov, Almaxanım Əhmədli, Rəvanə Əmiraslanlı, Pərviz Qasımov, "Şirvan” folklor ansamblı və başqaları çıxış edəcəklər.

İfaçıları əməkdar artist Sahib Paşazadənin rəhbərlik etdiyi "Muğam” instrumental ansamblı müşayiət edəcək.

Konsertə giriş sərbəst olacaq.

Tədbirə APA Holdinq informasiya dəstəyi verir.
 
Aktual.az 
Xəbər 270 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR