Bakıda mağazaları qarət edən oğru tutulub

Bakıda mağazaları qarət edən oğru tutulub

Bakıda mağazanın dam örtüyü sökülməklə oğurluq edilib.

Aktual.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, iyunun 1-nə keçən gecə Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisindəki mağazalardan birinin dam örtüyü sökülməklə 350 manat pul və tütün məmulatı oğurlanıb.

Xəzər Rayon Polis İdarəsinin (RPİ) 1-ci Polis Bölməsi (PB) , Nizami RPİ 24-cü PB və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ceyhun Məmmədov tutulub.

Məsələ ilə bağlı aparılan araşdırmalarda onun həmin gün qəsəbə ərazisindəki bir köşkdən 30 manat pul və ərzaq məhsulları, habelə mayın 11-də və 22-də isə 2 mağazadan pul və ərzaq məhsulları oğurlaması da müəyyən edilib. 
 
Aktual.az
Xəbər 417 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR