Bakıda kirayəçi qadın ev sahibi tərəfindən döyüldü

Bakıda kirayəçi qadın ev sahibi tərəfindən döyüldü

Bakıda kirayədə qalan qadın su qızdırıcısına görə ev sahibi tərəfindən döyülüb.

Aktual.az Report-a istinadən xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.
Belə ki,  45 yaşlı Səfərova Fatma Aydın qızı NZS qəsəbəsi, Həbibov küçəsi ev 49 ünvanında kirayə yaşadığı evdə su qızdırıcısını söndürən ev sahibinə öz iradını bildirib. Ev sahibi (hələlik adı açıqlanmır) bundan əsəbiləşərək, kirayəçi F.Səfərovanın baş nahiyəsinə bir neçə dəfə yumruqla zərbə endirib. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.
 
Aktual.az 
Xəbər 398 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR