Bakıda gənc qız “Lexus”da huşsuz vəziyyətdə tapıldı

Bakıda gənc qız “Lexus”da huşsuz vəziyyətdə tapıldı

Bu gecə Bakı şəhərinin Nərimanov rayonunda dəhşətli hadisə baş verib. 

Aktual.az xəbər verir ki, lent.az-ın əldə etdiyi məlumata görə, saat 01:30 radələrində Oqtay Şamilzadə küçəsində yerləşən çoxmərtəbəli binanın qarşısında dayanmış və mühərriki işlək vəziyyətdə olan “Lexus” markalı avtomobilin yanından 1993-cü il təvəllüdlü Yusifli Yusif Tofiq oğlunun meyiti tapılıb.

Həmin avtomobilin arxa oturacağından isə 19 yaşı olan Röyanə adlı qız huşsuz vəziyyətdə aşkarlanıb. Gənc qız dərhal Kliniki Tibbi Mərkəzə çatdırılıb.

İlkin araşdırmalar nəticəsində gənc qızla oğlanın intihara cəhd etdikləri məlum olub.

O da məlum olub ki, “Lexus” markalı avtomobil Y.Yusifliyə məxsus olub və o, yaxınlıqda yerləşən binanın 11-ci mərtəbəsində yaşayıb.

Faktla bağlı cinayət işi açılıb. Araşdırmalar davam etdirilir.

 
Xəbər 590 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR