Bakıda avtobusda sərnişin bıçaqlandı

Bakıda avtobusda sərnişin bıçaqlandı

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Aktual.az xəbər verir ki, 1999-cu il təvəllüdlü Camalov Məmməd Ehtiram oğlu 62 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusuna minərkən tanımadığı şəxs ona iki bıçaq zərbəsi vurub.
Yaralı avtobusdakı sərnişinlərin köməkliyi ilə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyəti kafi qiymətləndirilir.
Faktla bağlı hadisənin baş verdiyi ünvana Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis bölməsinin əməkdaşları cəlb olunub. Hadisəni törədən şəxsin axtarışına başlanılıb. (report)
 
Aktual.az
Xəbər 401 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR