Bakıda ağır qəza: 8 yaşlı uşaq öldü

Bakıda ağır qəza: 8 yaşlı uşaq öldü

Bakıda ana və azyaşlı oğlunu maşın vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Aktuala.z-a verilən məlumata görə, dekabrın 15-də saat 12 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində qəsəbə sakini Rauf Kamilov idarə etdiyi "Ford” markalı avtomobillə yolun kənarı ilə hərəkət edən həmyerliləri Cəmilə Hüseynovanı və onun 8 yaşlı oğlu Mehrac Fərəcovu vurub.
Nəticədə uşaq hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilmiş anasına ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Aktual.az
Xəbər 406 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR