Bu barədə AzNews.az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kamalə Ağazadə deyib. Onun sözlərinə görə, uşaq Nizami rayonunun hüquq-mühafizə orqanları tərəfindən tapılıb:

"Uşaq sığınacağa 10 gündür təhvil verilib. Təxminən 6 yaşındadır. Uşağın dediyinə görə, Ağstafa rayonunun Poylu kəndindəndir. Amma Bakıda kirayə yaşayırlar. Anasının adı Nuranə, atasının adı Suracdır. Dilənçiliyə məcbur edilir. Üzərindən 11 manat pul tapılıb. Uşaq deyir ki, 10 manatdan az pul yığanda evə getməkdən qorxuram, çünki məni döyüb, işgəncə verirlər. Bədənində yanıq izləri, zorakılıq əlamətləri var”.

Kamalə Ağazadə qeyd edib ki, uşağın valideynləri tapılsa, məsuliyyətə cəlb olunacaq.