Bakıda 5 min manata civə satmaq istəyən YAXALANDI

Bakıda 5 min manata civə satmaq istəyən YAXALANDI

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Xəzər rayonunun Binə qəsəbəsi ərazisində bir nəfərin civə satmaq istəməsi barədə məlumat daxil olub.
 
Daxili İşlər Nazirliyindən Aktual.az-a verilən məlumata görə, baş idarənin əməkdaşları tərəfindən həyata keçirilən  əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs civəni 5000 manata satarkən cinayət başında yaxalanıb.
 
Araşdırmalarla onun Bakı şəhər sakini Ruzigar Əbişov, satmaq istədiyi güclü təsiredici xüsusiyyətə malik ağır metalın çəkisi 736,8 qram metallik civə olduğu müəyyən edilib.
Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib.
 
Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.
 
Aktual.az
Xəbər 218 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR