Bakıda 40 yaşlı kişi bıçaqlandı

Bakıda 40 yaşlı kişi bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, usta kimi çalışan 1977-ci il təvəllüdlü Sadıqov Elşən Telman oğlu ilə Maştağa qəsəbəsindəki evlərdən birində təmir işləri apararkən onunla ev sahibi arasında mübahisə yaranıb. Mübahisə dava ilə və E.Sadıqovun bıçaq xəsarəti alması ilə nəticələnib.
Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
 
Aktual.az
Xəbər 337 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR