Bakı və Gəncə MDB-də şəhərlərinin TOP-10-luğunda daxil oldu

Bakı və Gəncə MDB-də şəhərlərinin TOP-10-luğunda daxil oldu

"TurStat" analitik agentliyi rus turistlərin qış səyahəti üçün MDB-nin ən yaxşı şəhərlərinin reytinqini tərtib edib.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, reytinq bu qış mövsümündə turist səfərlərinin populyarlığının təhlili üzrə hazırlanıb. Reytinqə əsasən, Azərbaycanın Bakı və Gəncə şəhərləri dekabrın 30-dan yanvarın 8-dək Yeni il tətilində istirahət edəcək ruslar arasında MDB ölkələrində qış səfərlərinin ilk onluğuna daxil olub.
TOP-10-a daxil olan şəhərlər bunlardır: Minsk, Almatı, Bakı, Astana, Yerevan, Daşkənd, Brest, Bişkek, Kişinyov və Gəncə.

MDB-də ucuz səfərlər üzrə Bişkek, lüks istirahət üzrə isə Bakı liderdir.

Aktual.az
Xəbər 376 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR