Bakı metrosunda 9 yeni stansiya tikiləcək

Bakı metrosunda 9 yeni stansiya tikiləcək

"Bakı metropoliteni" QSC metronun "yaşıl" xəttinin genişləndirilməsi ilə bağlı tikinti işlərinə başlayıb.

Aktual.az  bildirir ki, bunu Trend-ə  "Bakı Metropoliteni" QSC-nin hərəkət xidmətinin rəisi Etibar İsayev deyib.
Onun sözlərinə görə, yenis stansiyalar üçün ərazi artıq ayrılıb: "Tikinti artıq başlayıb, amma hələlik konkret tarixlər barədə danışmaq tezdir".
Gələcəkdə metropolitenin "yaşıl" xəttinin dairəvi xəttə çevrilməsi planlaşdırılır. Bununla bağlı olaraq "Xətai" və "Həzi Aslanov" stansiyaları arasında 3 stansiyanın tikilməsi və "Dərnəgül"lə "Həzi Aslanov" stansiyalarının birləşdirilməsi nəzərdə tutulur. Ümumilikdə "Dərnəgül" və "Həzi Aslanov" stansiyaları arasında 9 stansiyanın tikintisi planlaşdırılır.

E.İsayev həmçinin qeyd edib ki, Bakı Metropoliteninin "bənövşəyi" xəttində də tikinti işləri davam etdirilir.
 
Aktual.az
Xəbər 252 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR