Bakı bulvarında intihar, FHN meyiti çıxardı – VİDEO

 Bakı bulvarında intihar, FHN meyiti çıxardı – VİDEO

Ötən gecə Bakı bulvarında intihar edən şəxsin kimliyi müəyyənləşdirilib. 

Aktual.az  Lent.az-a istinadən xəbər verir ki, saat 21:50-də Səbail rayonu, Neftçilər prospekti 56 ünvanının qarşısında - Dənizkənarı Bulvar  ərazisində özünü dənizə ataraq intihar edən şəxsin Suraxanı rayonu, Yeni Günəşli qəsəbə sakini, 1955-ci ildə Lənkəran şəhərində anadan olan Hüseynov Maarif  Əli  oğlu olması müəyyən edilib.

Onun hansı səbəbdən həyatına son qoyması məlum deyil.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

****

Dənizkənarı Milli Parkda intihar hadisəsi olub.

Aktual.az  Qafqazinfo-ya istinadən xəbər verir ki, şəxsiyyəti hələ ki, məlum olmayan 55-60 yaşlı bir nəfər intihar məqsədi ilə özünü dənizə atıb. 

Ətrafa xeyli insan yığılsa da, boğulan kişini xilas etmək üçün suya atılan tapılmayıb. 

Daha sonra FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib və vətəndaşın cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Aktual.az
Xəbər 456 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR