"Azərenerji" elektrik enerjisinin satışından gəlirini 25% artırıb


"Azəenerji" ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 3 652 924 min manat təşkil edib. 

"Report" qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 644 933 min manat yaxud 15% azdır.
2017-ci ildə "Azərenerji"nin cəmi öhdəlikləri 223 645 min manat yaxud 7,83% azalaraq 2 632 686 min manata, cəmi kapitalı 421 288 min manat və ya 15,35% azalaraq 1 020 238 min manata düşüb, nizamnamə kapitalı isə dəyişməyərək 1 760 495 min manat qalıb. 
Ötən il "Azerenerji"nin elektrik enerjisi satışından gəliri 1 010 337 min manat olub ki, bu da əvvəlki ilə nisbətən 203 167 min manat yaxud 25,2% çoxdur. Qurumun elektrik şəbəkəsinə qoşulma xidməti və digər satış gəlirləri isə 8 min manat və yaxud 0,3% artaraq 2 999 min manat olub.
 
Aktual.az
Xəbər 374 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR