Azərbaycanlılara xas düşüncə orqan köçürülməsinə çətinlik yaradır

Azərbaycanlılara xas düşüncə orqan köçürülməsinə çətinlik yaradır

Aktual.az-ın  məlumatına görə, Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizovun orqan transplantasiyası ilə bağlı Trend-ə müsahibə verib. O bildirib ki, meyitdən orqan köçürülməsinə azərbaycanlılara xas düşüncə çətinlik yaradır. 
 
Jurnalistin, "Əgər bu gün qanunvericilik meyitdən orqanın götürülməsinə icazə verirsə, onda bunun həyata keçirilməsinə nə mane olur" sualına sektor müdiri belə cavab verib:
 
"Problemlər Azərbaycanın özünün reallıqları ilə bağlıdır. Milli mentalitetimizdən, şəxsən azərbaycanlılara xas olan düşüncəmizdən irəli gələn problemlər bu sahədə çətinliklər yaradır. Meyitdən orqanın transplantasiyası üçün mexanizm olsa da, bunun "ilkin pionerləri” yoxdur ki, bu işə başlasınlar. Azərbaycanda insan vəfat etməmişdən əvvəl orqanını, toxumasını rəsmi vəsiyyət edibsə, o, vəfat edikdə onun orqanının, toxumasının transplantasiyası ilə bağlı heç bir problem olmamalıdır və ondan orqan, toxuma götürülə bilər. Sözsüz ki, şəxsin bioloji ölümü və beyin ölümü tam inkar olunmaz formada təsdiq olunmalıdır. Bu da hansısa fərdi şəkildə, hər hansı həkim tərəfindən deyil, konsilium tərəfindən müəyyən olunmalıdır. Transplantasiya həyata keçirən müəssisənin konsiliumu qərar verməli və bundan sonra baş həkim buna razılıq verməlidir. Hətta belə bir məsələ də var ki, əgər ölüm halı ilə bağlı məhkəmə-tibbi ekspertizası tələb olunursa, onda məhkəmə tibbi ekspertinin də razılığı alına bilər. Bu mütəxəssislərin razılığı olduqdan sonra həmin meyitdən transplantasiya məqsədilə orqan və ya toxuma götürülə bilər. Hazırda bizdə meyitdən orqanın götürülməsi üçün sadalanan bu prosedurların hamısı var. Sadəcə olaraq, bunu edən yoxdur. Bu, bəlkə də mentalitetimizdən irəli gəlir. Əgər küçədə şifahi bir sorğu keçirib soruşsaq ki, siz öldükdən sonra özünüzün, yaxud yaxın qohumunuzun meyitindən orqan götürülməsinə razılıq verərsiniz? Sorğu iştirakçılarının 99 faizi buna "yox” cavabını verəcək. Azərbaycanda bununla bağlı təfəkkür, yanaşma tərzi hələ başqa cürdür."
 
Aktual.az
Xəbər 269 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR