Azərbaycanlı iş adamından əxlaqsız təklif alan türk aktrisası: Hörmətli azərbaycanlılar... - FOTO

Azərbaycanlı iş adamından əxlaqsız təklif alan türk aktrisası: Hörmətli azərbaycanlılar... - FOTO

Hörmətli azərbaycanlılar, sizlərdən mənə çox mesaj gəldi. Ona görə də izah etmək məcburiyyətində qaldım. Baxın, hadisənin sizinlə heç bir əlaqəsi yoxdur.

Aktual.az axşam.az-a istinadən bildirir ki, bu sözləri azərbaycanlı iş adamından əxlaqsız təklif alması ilə gündəmə gələn türkiyəli aktrisa Özge Borak deyib. Bununla bağlı İnstaqram səhifəsində paylaşım edən Özge bildirib ki, azərbaycanlılar dayanmadan ona mesajlar yazır:

"Yazılan mesaja inanmamışam. O şəxsin kim və haradan olduğu, yazanın həqiqi olub-olmaması mənim üçün önəmli deyil. Bu səbəbdən adını açıqlamamışam.

Etdiyi zarafat belə olsa, qəbul edilməzdir. Bu səbəbdən onu həddini bilməyən biri kimi qiymətləndirirəm. Sırf "mən azəriyəm" dedi deyə bunu bütün azərbaycanlılara şamil etmək düzgün deyil. Mən, sadəcə olaraq, demək istəyirəm ki, aramızda bu cür insanlar var". 
Qeyd edək ki, aktrisa Rusiyada yaşayan bir azərbaycanlı iş adamının ona bir gecə üçün 1 milyon təklif etdiyi mesajı sosial şəbəkədə yayımlamışdı.
 Azərbaycanlı iş adamından əxlaqsız təklif alan türk aktrisası: Hörmətli azərbaycanlılar... - FOTO
Aktual.az 
Xəbər 920 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR