Azərbaycanda yol qəzaları ilə bağlı statistika

Azərbaycanda yol qəzaları ilə bağlı statistika

Azərbaycanda bir gündə baş verən yol qəzalarında 6 nəfər ölüb.

Aktual.az APA-ya istinadən xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, ötən gün respublikanın avtomobil yollarında 15 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 6 nəfər ölüb, 19 nəfər xəsarət alıb.

Ölümlə nəticələnən yol qəzaları Nərimanov, Bərdə, Masallı və Salyan rayonlarında qeydə alınıb.

Məlumata görə, Bakının Nərimanov rayonunda yol qəzasını dövlət müəssisələrindən birinə məxsus avtomobil törədib.

"Mercedes” markalı, 90 AA 813 dövlət nömrə nişanlı avtomobil 33 yaşlı qadını vuraraq öldürüb.

Nərimanov rayonunda baş verən digər hadisədə isə "Hyundai” markalı, 10 AS 491 dövlət nömrə nişanlı avtomobil yolu keçən kişini vurub. Piyada yerindəcə ölüb. 
 
Aktual.az
Xəbər 468 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR