Azərbaycanda yaşayış evləri otel kimi istifadə edilə biləcək

Azərbaycanda yaşayış evləri otel kimi istifadə edilə biləcək

Azərbaycanda çoxmənzilli yaşayış sahələrinin və yaşayış evlərinin mehmanxana və ya mehmanxana tipli obyekt kimi istifadə edilməsi mümkün olacaq. 

Modern.az xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında Mənzil Məcəlləsinin 20-ci (Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi şərtləri) maddəsində dəyişiklik təklif edilib. 

Layihəyə əsasən, Azərbaycanda mehmanxana, mehmanxana tipli obyektlər və müəvəqqəti yaşayış üçün nəzərdə tutulan digər tikinti obyektləri "yerləşmə vasitələri" adlandırılacaq və statusuna görə yaşayış sahəsi hesab ediləcəklər. 

Özəl mənzil fonduna aid çoxmənzilli yaşayış sahələrinin və yaşayış evlərinin mülkiyyətçi tərəfindən yerləşmə vasitəsi kimi istifadəsi üçün heç bir prosedur qaydası (yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi) tələb olunmayacaq. 
Dəyişiklik layihəsi səsə qoyularaq qəbul edilib. 
 
Aktual.az
Xəbər 216 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR