Azərbaycanda “Prado” dağdan aşıb

Azərbaycanda “Prado” dağdan aşıb

Xızı rayonunda ağır yol qəzası baş verib.

Aktual.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, dünən axşam saatlarında Xızı-Giləzi yolunun 15-ci kilometrliyində "Toyota Prado” markalı, 10 CP 969 dövlət nömrə nişanlı avtomobil dağlıq sahədə idarəetmədən çıxaraq aşıb.

Nəticədə avtomobildə olan şəxslərdən 33 yaşlı kişi ölüb. Biri qadın olmaqla daha 2 nəfər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xızı Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
 
Aktual.az
Xəbər 653 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR