Azərbaycanda keçmiş vəzifəli şəxs həbsdə öldü

Azərbaycanda keçmiş vəzifəli şəxs həbsdə öldü

Bakıda məhkum xəstəlikdən ölüb.

APA-nın məlumatına görə, hadisə Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb. Orada saxlanılan Rövşən Balaqardaş oğlu Hüseynov xəstəlikdən vəfat edib.
Qeyd edək ki, R. Hüseynov Kənd Təsərrüfatı Naziriliyi "Aqrolizinq” ASC-nin Salyan filialının rəhbəri işləyib. R. Hüseynov 2015-ci ilin mart ayında İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik keçirməkdə ittiham olunaraq saxlanılıb. O, həbs ediləndən sonra tutduğu vəzifədən azad olunub.
Xəbər 620 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR