Azərbaycanda kartof püresi zavodu tikilir

Azərbaycanda kartof püresi zavodu tikilir

İsmayıllıda kartof yığımına məhsulun daha tez yetişdiyi cənub ərazilərdə, o cümlədən Kürdmaşı, Gəraybəyli, Xəlilli, Mollaisaqlı və digər ərazi vahidlərində başlanılıb.

Aktual.az xəbərinə görə, rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, cari mövsümdə bölgədə 917 hektarda kartof yetişdirilib ki, bu da ötən il ilə müqayisədə 50 hektar çoxdur.

Son illər bölgədə kartofçuluq intensiv inkişaf edir. Torpaq mülkiyyətçiləri bu sahəyə böyük maraq göstərirlər. Təsadüfi deyil ki, artıq bir sıra ərazilərdə kartof müasir texnologiya ilə becərilir. Bu il İsmayıllı şəhər, Talıstan, Kürdmaşı kənd ərazi vahidlərində 200 hektar sahədə əkin və becərmə işləri sənaye üsulu ilə aparılıb.

Bölgədə kartofçuluğun perspektivi nəzərə alınaraq saatda 500 kiloqram yarımfabrikat kartof püresi istehsalı gücünə malik zavod tikilir.

Mütəxəssislər cari mövsümdə rayonda 11 min tona yaxın məhsul götürüləcəyini proqnozlaşdırırlar.
 
Aktual.az
Xəbər 114 dəfə oxunub.



YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR