Azərbaycanda həkimlər üçün yeni tələb: yeni qaydalar təsdiqlənir

Azərbaycanda həkimlər üçün yeni tələb:   yeni qaydalar təsdiqlənir

Azərbaycan Səhiyyə Nazirliyi “Aptek təşkilatlarından dərman vasitələrinin buraxılması” haqqında yeni qaydalar hazırlayır.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət İnspeksiyasının rəisi Pərviz Əzizbəyov məlumat verib.

P.Əzizbəyov bildirib ki, artıq qaydalar təsdiqlənmə mərhələsindədir: "Yeni qaydalara görə, həkimlər resept yazarkən dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adını, yəni təsiredici maddənin adını yazacaqlar. Yeni qaydalar təsdiqləndikdən sonra reseptlər yalnız bu formada yazılacaq. Qaydaları pozan həkimlər qanunvericiliyə müvafiq qaydada cəzalandırılacaqlar”.

Xəbər 579 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR