Azərbaycanda hasil olunan neftin həcmi 2 milyard tona çatacaq

Azərbaycanda hasil olunan neftin həcmi 2 milyard tona çatacaq

Bu günlərdə bizim hasil etdiyimiz neftin həcminin 2 milyard tona çatmasının şahidi olacağıq.

Aktual.az APA-ya istinadən xəbər verir ki, bu barədə SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Bakıda keçirilən Neft-Qaz Cəmiyyətinin İllik Xəzər Texniki konfrans və sərgisinin iştirakçılarına ünvanladığı məktubda deyilir.
 
Məktubu X. Yusifzadənin müşaviri Ələkbər Abbasov oxuyub.
 
"1 milyard ton Azərbaycan neftinin hasil olunması 1971-ci ilin martın 21-ə təsadüf edib. Bu ilin aprel ayında ölkə başçısının neftçilərlə görüşündə biz 2 milyard ton Azərbaycan neftinin bu il hasil olunacağını demişdik. Bu, çox əlamətdar hadisədir. Kiçik bir ölkədə bu həcmdə neftin hasil edilməsi həqiqətən də böyük hadisədir. Bu hasilat 1871-ci ildən uçota alınır. O vaxtadək Azərbaycanda nə qədər neftin hasil olunduğunu bir Allah bilir", - deyə məktubda vurğulanıb.
 
Aktual.az
Xəbər 247 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR