Azərbaycanda avtomobil istehsalı azalıb

Azərbaycanda avtomobil istehsalı azalıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 30 ədəd minik avtomobili, 6 ədəd yük avtomobili istehsal olunub. Nəticədə minik avtomobillərinin istehsalı 78,7%, yük avtomobillərinin istehsalı 98,4% azalıb.

Aktual.az  Dövlət Statistika Komitəsinə istinadən xəbər verir, əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə maşın və avadanlıqların istehsalı 27,7%, sair nəqliyyat vasitələrinin istehsalı isə 23,7% artıb. Doqquz ay ərzində fəvvarə armaturunun istehsalı 89,3% azalıb, ştanqlı quyu nasoslarının istehsalı 21,6%, xüsusi təyinatlı kommunal maşınların istehsalı 96,2%, traktorların istehsalı 46,0% artıb.
Maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 184,8 mln. manatlıq məhsul istehsal edilib.

Aktual.az 
Xəbər 465 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR