Azərbaycanda ardıcıl ikinci ZƏLZƏLƏ

Azərbaycanda ardıcıl ikinci ZƏLZƏLƏ

İyulun 20-də Saatlı rayonu ərazisində 4,4 bal gücündə zəlzələ olub.

Aktual.az Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 10:22:35-də qeydə alınıb.

Ocağı 54 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda isə 3-4 baladək hiss olunub.

Qeyd edək ki, Kürdəmir rayonunda da bu gün yerli vaxta 10:20-də zəlzələ baş verib.
 
Aktual.az 
Xəbər 355 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR