Azərbaycanda ağır qəza - Ölənlər var

Azərbaycanda ağır qəza - Ölənlər var

Biləsuvarda minik və yük avtomobili toqquşub, nəticədə iki nəfər ölüb, iki nəfər yaralanıb.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun 103-cü km-də, rayonun Xırmabdalı kəndi ərazisində baş verib.
VAZ markalı minik avtomobil ilə "Suzuki" markalı yük maşınının tioqquşması zamanı minik maşınında olan Cəlilabad rayon sakinləri - 1992-ci il təvəllüdlü Rəşad Əlizadə oğlu Həsənov və 1987-ci il təvəllüdlü Saməddin Vaqif oğlu İsmayılov ölüb. Digər iki nəfər - 1987-ci il təvəllüdlü Şəhriyar Azad oğlu Cananov və 1992-ci il təvəllüdlü Əli Sahib oğlu Ağayev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisə yerinə FHN-in xilasediciləri cəlb olunub. Onlar deformasiyaya uğramış minik avtomobilində qalan meyitləri və yük maşınında olan yaralını çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Faktla bağlı araşdırma aparılır.

Aktual.az
Xəbər 438 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR