Azərbaycanda 393 ədəd partlamamış hərbi sursat aşkar edilib

Azərbaycanda 393 ədəd partlamamış hərbi sursat aşkar edilib

2015-ci ilin sentyabr ayı ərzində 4,797,043 kvadrat metr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.

ANAMA-dan  verilən məlumata görə, 393 ədəd Partlamamış Hərbi Sursat (PHS) aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 488 nəfər minaaxtaran mütəxəssis və 112 nəfər yardımçı heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 305,765,807 kvadrat metr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 713,694-dir.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Gəncə, Yevlax, Sumqayıt, Ağdam, Xocavənd, Lənkəran, Ağstafa, Füzuli, Goranboy, Qaradağ, Abşeron və Tərtər rayonlarında davam etdirilir.\trend

Xəbər 440 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR