Azərbaycanda 100 min insan kurortlara göndərildi

Azərbaycanda 100 min insan kurortlara göndərildi

"2015-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) xətti ilə 25 mindən artıq insan istirahətə göndərilib".

Aktual.az Trend-ə istinadən bildirir ki, bunu AHİK sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev deyib.

S.Mehbalıyev bildirib ki, eyni zamanda AHİK tərəfindən 2 min uşaq ayrıca olaraq istirahətə göndərilib: "5 uşaq istirahət mərkəzləri var, biz onlara vəsait ayırırıq".

O əlavə edib ki, sahə həmkarlar ittifaqlarının öz büdcə vəsaitləri hesabına və kollektiv müqavilələr nəticəsində şirkətlər tərəfindən həmkarlar təşkilatlarına vəsait ayrılması yolu ilə istirahətə gedən insanların sayı 100 minə çatır.

Sədr bildirib ki, hazırda AHİK nəzdində 10 sanatoriya və istirahət mərkəzi var.

Xəbər 323 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR